Rusiyalı zabit Ukraynadakı müharibəyə qarşı olan azərbaycanlını güllələdi

Rusiyalı zabit Rostov-na-Donuda şəhərində müharibəyə qarşı olduğunu deyən taksi sürücüsünü güllələyib. Buna səbəb Ukraynadakı müharibə ilə bağlı mübahisə olub. 

Taksi sürücüsünün güllə yaraları olan meyiti Bereqovaya küçəsində tapılıb. 51 yaşlı azərbaycanlını öldürməkdə Moskva vilayətindən olan Rusiya ordusunun 33 yaşlı kapitanı şübhəli bilinir. 

161.ru yazır ki, kapitan onu Bereqovaya gətirən taksi sürücüsünə “Ukraynadakı hərəkətlərlə bağlı siyasi mövqeyini” sübut etməyə başlayıb, lakin tərəflər arasında fikir ayrılığı yaranıb.

Qeyd olunur ki, hərbçi hazırda saxlanılıb, hadisənin başvermə şəraiti araşdırılır. 

Öldürülən taksi sürücüsünün Azərbaycan əsilli olduğu və uzun illər əvvəl Rostov vilayətində yaşadığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ