Ərdoğan Zelenski ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.

İki ölkə lideri Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.

Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antonio Quterreşlə görüşü də baş tutub.

10:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə bu gün Lvova birgünlük işgüzar səfər edəcək.

Ərdoğanın Zelenski ilə görüşü zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.

Səfər zamanı V. Zelenski və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. İclasda Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün qurulan mexanizmin fəaliyyəti artırılaraq, Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ