Rusiya təbliğatçısı Vladimir Solovyov Avropanın ruslar üçün mümkün bağlanmasına cavab olaraq Latviyaya qoşun yeridilməsinə çağırıb.
“Biz indi Latviyada 40% rusdilli əhalinin müdafiəsi üçün qoşun gətirəcəyik”, - Solovyov studiyada çıxış edərək deyib. - NATO ölkələri reaksiya verəcəklərmi? Berlin, Paris, London, Brüssel - raket zərbələrimizdən yanmağa hazırsınız?
Solovyovun sözlərinə görə, ekstremal hallarda Rusiya nüvə silahından istifadə edə bilər: “Amerika nasist çılğınlığı ilə rusdillilərin hüquqlarını pozan Baltikyanı [ölkələr] uğrunda döyüşə qoşulmağa hazır olacaqmı?”
Çıxışını yekunlaşdıraraq Solovyov NATO-nun mümkün mövqeyi ilə maraqlanıb: “Baltların axmaqlığına görə onlar nüvə müharibəsinə getməyə hazır olacaqlarmı?”