Rusiya İrəvanda “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı RF-in ittiham olunması ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Bu barədə Rusiyanın İrəvandakı səfirliyi məlumat yayıb.
“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilib” .
“Surmalu” ticarət mərkəzində partlayış avqustun 14-ü günorta saatlarında baş verib. Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 16 nəfər ölüb, iki nəfər itkin düşüb. Uşaqlar da daxil olmaqla 62 nəfər xəsarət alıb, zərərçəkənlər paytaxtın müxtəlif tibb mərkəzlərinə yerləşdirilib.