İrəvanda partlayışda ölənlərin sayı artdı

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin say 16 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Qeyd olunur ki, xilasedicilər ölənlərdən daha birinin cəsədini dağıntılar altından çıxardıblar. Partlayış qurbanları arasında hamilə qadın və azyaşlı uşaq da var.

61 zərərçəkmiş İrəvanın tibb müəssisələrinə müraciət edib, onlardan 13-nün müalicəsi davam edir, 48 nəfərə yardım göstərilib və evə buraxılıb. 18 nəfər itkin düşmüş sayılır. Onların arasında Rusiya vətəndaşı da var. Siyahıda ondan başqa İran vətəndaşı Mehdi Təhreri də var. İtkin düşənlərin digərləri Ermənistan vətəndaşlarıdır.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, avqustun 14-də ticarət mərkəzinin pirotexnika anbarında güclü partlayış baş verib.Dağıntılar 8000-9000 kvadratmetr ərazini əhatə edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ