“Pfizer”in rəhbəri koronavirusa yoluxdu - dörd dəfə peyvənd olunub

Amerikanın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru Albert Burla koronavirus infeksiyasına yoluxub. Şirkət rəhbəri bu barədə Twitter hesabında bildirib.

Onun sözlərinə görə, buna qədər dörd dəfə koronavirusa qarşı peyvənd olunub.

“Koronavirus üçün testim müsbət çıxdığımı bildirmək istərdim. Mən minnətdaram ki, artıq dörd doza Pfizer-BioNTech peyvəndi almışam və özümü yaxşı hiss edirəm”, - Burla bildirib. Şiektə rəhbəri bildirib ki, xəstəliyin simptomları yüngül keçib, özünü təcrid edib və Paxlovid dərmanını qəbul etməyə başlayıb.

Burla əvvəllər xəbərdarlıq etmişdi ki, dünyada yeni koronavirus infeksiyası dalğası yaxınlaşır. Bununla bağlı o, hər kəsi təkrar peyvənd olunmağa çağırıb və omikron ştammının təhlükəsini xatırladıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ