Rusiyanın hərbi rəhbərliyi Xersonu tərk etdi

Ukrayna ordusu Rusiya hərbi komandanlığının Xersondan geri çəkildiyini elan edib

Bu barədə Cənubi Müdafiə Qüvvələrinin birgə əlaqələndirici mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusunun komanda-müşahidə və qabaqcıl postlarına hücumlarından sonra onların komanda heyəti geri çəkilmə yollarından kəsilməmək üçün Dnepr çayının sol sahilinə keçir. 

Qumenyuk iddia edir ki, Ukrayna hərbçiləri işğal olunmuş ərazilərdəki bütün nəqliyyat və logistika marşrutlarını atəşin nəzarəti altında saxlamaqda davam edir.

“Son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 10 silah-sursat anbarını və hərbi texnikasının anbarını məhv edib. Körpülərə zərbələrdən sonra rusların ağır texnikanı hərəkət etdirmək imkanı yoxdur " - Cənubi əməliyyat komandanlığının nümayəndəsi əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ