Kadırov Ukraynaya yeni döyüşçülər göndərdi - video

Çeçenistan rəhbəri Ramzan Kadırov rusiyalı könüllülərdən ibarət yeni bölüyün Ukraynaya göndərildiyini açıqlayıb.

Bu barədə o Telegram kanalında məlumat verib.

“Bu igid gənclər Vətəni, çoxmillətli cəmiyyətimizin mənafeyini müdafiə etməyə, fədakarlıqla döyüşə getməyə hazırdırlar. Onlar qazanc və ya şöhrət naminə deyil, qardaş xalqın azadlığı naminə bu qəhrəmanlıq yoluna qədəm qoyublar”, – Kadırov yazıb.

Çeçenistan rəhbərinin sözlərinə görə, könüllülər Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim keçiblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ