Rusiya Ukraynada müharibənin “coğrafiyasını genişləndirir”

Qərbin Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təchiz etməsi müharibənin coğrafi ərazilərinin genişlənməsinə səbəb olacaq. Hadisələrin bu cür inkişafı barədə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev bəyan edib.

Departament nümayəndəsi vurğulayıb ki, bundan əvvəl xarici işlər naziri Sergey Lavrov Kiyevə Qərb silahlarının kütləvi şəkildə çatdırılmasının xüsusi əməliyyatın gedişatına və vaxtına təsir etməyəcəyi barədə artıq danışıb.

O əlavə edib ki, Rusiya Donbasda birbaşa təhlükə yaradan silahların olmasına icazə verə bilməz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ