Estoniya rusiyalıların ölkəyə girişini qadağan edib

Estoniya Xarici İşlər Nazirliyi daha əvvəl şengen vizası verdiyi Rusiya vətəndaşlarının ölkəyə girişini bağlayıb. Bu barədə TASS məlumat yayıb.

XİN-dən əlavə ediblər ki, bəzi RF vətəndaşları üçün istisnalar olunacaq.

Avqustun 9-da Estoniyanın baş naziri Kaya Kallas Ukrayna prezidenti Volodimir Zelenskinin rusiyalı turistlərin Avropaya girişinə qadağa qoyulması ilə bağlı çağırışını dəstəkləyib. O xatırladıb ki, Rusiyadan Avropaya uçuşlar bağlanıb, lakin vizası olan rusiyalıların hələ də ən yaxın quru qonşuları - Finlandiya, Estoniya və Latviya vasitəsilə Avropa zonasına daxil olmaq imkanı var. O, Avropaya səfər etməyi insan hüququ deyil, imtiyaz adlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ