Latviya Rusiyanı terrorizmin sponsoru elan etdi

Latviya Seymi (parlament) Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb.

Bu barədə Seymin saytında bildirilir.

“Cümə axşamı günü, avqustun 11-də Seym qəbul etdiyi bəyanatda Rusiya hərbçilərinin Ukraynadakı fəaliyyətini terrorizm kimi, Rusiyanı isə terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb”, - məlumatda deyilir.

Parlament, həmçinin Aİ ölkələrini ruslara və belaruslara viza verilməsini dərhal dayandırmağa çağırıb.

Xatırladaq ki, avqustun əvvəlində Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırdığını elan etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ