Rusiya hərbçiləri İran pilotsuz təyyarələri ilə təlimlərə başlayıblar

Rusiya hərbçiləri İranın Şahed-191 və Şahed-129 hücum dronları üzərində təlimlərə başlayıb.

Bu barədə adı açıqlanmayan ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb. Telekanal iddia edir ki, baş verənlər Rusiyanın bu PUA-ları almaq niyyətinin təsdiqidir.

“Son bir neçə həftə ərzində Rusiya nümayəndələri PUA-ların İrandan Rusiyaya təhvil verilməsinə dair razılaşma çərçivəsində İranda təlimlər keçirirlər”, - deyə rəsmi bildirib. O, həmçinin qeyd edib ki, təlimlərlə bağlı kəşfiyyat məlumatı bu yaxınlarda məxfilikdən çıxarılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ