Krımdakı aerodromda məhv edilmiş hərbi təyyarələr - foto

Sosial şəbəkələrdə Krımın Novofyodorovka yaxınlığındakı Saki hərbi aerodromunda baş verən partlayışların ilk peyk görüntüləri yayılıb.

Döyüş zonasından foto və videolara əsaslanaraq hərbi itkiləri hesablayan Oryx portalı yazır ki, Rusiya Saki aerodromunda dörd Su-30SM qırıcısı və altı Su-24MR taktiki kəşfiyyat təyyarəsini itirib.

OSINT analitiki Oliver Aleksandrın hesablamalarına əsasən, təxminən 11 Rusiya təyyarəsi (ən azı üç Su-30 və altı Su-24) məhv edilib, daha bir neçəsi partlayış və ya qəlpə nəticəsində zədələnib.

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 10-da axşam müraciətində bildirib ki, işğalçı ölkə bir gün əvvəl Krımda doqquz döyüş təyyarəsini itirib.

FotolarıTwitter-də yerləşdirən Bellingcat-ın yaradıcısı Eliot Hiqqins qeyd edib ki, avqustun 10-da çəkilmiş kadrlarda böyük kraterlər, çoxlu dağılmış təyyarələr və binalar əks olunub.

Hiqqinsbildirib ki, şəkillərə əsasən, işğalçıların aviabazasında genişmiqyaslı yanğın olub. O, anbar kimi istifadə oluna biləcək yerlərdə ən azı üç krater görüb. Müstəntiq təxmin edib ki, təyyarə və döyüş sursatlarının partlaması yanğına səbəb olub və bütün bazaya yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ