Rusiya helikopteri Estoniyanın hava məkanını pozub

Rusiyanın Mi-8 helikopteri Estoniyanın cənub-şərqində Koydula sərhəd-keçid məntəqəsi yaxınlığında icazəsiz ölkənin hava məkanına daxil olub. 

Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu, çox ciddi, kədərli və qəbuledilməz haldır”, - nazirliyin məlumatında bildirilib.

Hadisə ilə bağlı Rusiya səfiri Estoniya XİN-ə çağırılıb və ona nota təqdim edilib. Estoniya XİN vurğulayır ki, Moskva milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq hüquqa hörmət etməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ