İnsanlar meymunlara hücum etdilər - ÜST-ün reaksiyası

Braziliyada meymunlara hücumlardan sonra ÜST edib ki, xəstəliyin yayılmasında heyvanların rolu yoxdur.

“The Guardian” nəşrinin məlumatına əsasən, San-Pauludakı Rio-Preto qoruğunda son bir neçə gündə 10 meymunun zəhərlənməsi və daha bir neçəsinin daşla yaralanması halları baş verib.

ÜST-ün nümayəndəsi Marqaret Harris bəyan edib ki, “insanlar bilməlidir ki, infeksiyanın yayılması yalnız insanlar arasında baş verir”.

Onun sözlərinə görə, lazımi profilaktik tədbirlər infeksiyadan qorunmağa kömək edəcək - sanitar qaydalara riayət etmək və ilk simptomlarda həkimə müraciət etmək. Harris vətəndaşlardan heyvanlara hücum etməməyi xahiş edib. O deyir ki, çiçək xəstəliyi ilk dəfə meymunlarda təsbit edildiyi üçün belə adı alıb. Eyni zamanda, təşkilat xəstəliyin adının dəyişdirilməsi haqqında da fikirləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ