Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli transportyoru verib - video

Türkiyə Ukrayna Silahlı Qüvvələrinə “Kirpi” zirehli transportyorlarının ilk partiyasını təhvil verib. 

Bu barədə “Xalqın xidmətçisi” partiyasının deputatı Yuri Misyaqin məlumat verib.

“Türkiyənin “Kirpi” zirehli transportyorları artıq Ukrayna Silahlı Qüvvələrindədir”, - deyə o, “Teleqram” kanalında yazıb. - Dəniz piyadalarının iki briqadası artıq əlli maşından istifadə edir. Biz bu texnikadan daha yüz əlli ədəd gözləyirik.

Yuri Misyaqin bildirib ki, zirehli transportyor əl ilə idarə olunan və 360 dərəcə fırlanan pulemyotla təchiz olunub. Bundan əlavə, yanğınsöndürmə və minadan qorunma sistemi var. Avtomobil 12 döyüşçü və ekipaj üçün uyğundur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ