Tanınmış diplomat çıxışı zamanı öldü - video

Səudiyyə Ərəbistanının tanınmış diplomatı Məhəmməd əl-Kahtani Misirin paytaxtı Qahirədə keçirilən Ərəb-Afrika konfransında çıxış edərkən dünyasını dəyişib.

“Tahiamasr.com” nəşri xəbər verir ki, o, huşunu itirərək yıxılıb.

Bundan sonra, həkimlər ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, diplomatın həyatını xilas edə bilməyiblər. Hadisə zamanı onun yanında həyat yoldaşı da olub. Əl-Kahtaninin ölüm səbəbi hələlik məlum deyil.

“Tanrısına sağlam ürəklə qovuşanlar istisna olmaqla, heç kimin vəzifəsi və dəyəri yoxdur” – Səudiyyə diplomatının son sözləri belə olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ