Krımda hərbi aerodromu partlatdılar - VİDEO

Krımın Novofedorovka kəndində partlayış səsləri eşidilir.

Reuters xəbər verir ki, üç yerli sakinin sözlərinə görə, kənddə bir neçə güclü partlayış səsi eşidilib və Rusiya hərbi hava bazası istiqamətindən qara tüstü qalxıb.

“Mash” yazır ki, partlayışlar Rusiya Federasiyası Silahlı Qüvvələrinin aerodromunun yaxınlığında baş verib (Saki hərbi aerodromu kənddə yerləşir).

2014-cü ildən Rusiya Hərbi Hava Qüvvələrinin 43-cü Qırıcı Aviasiya alayı Su-24 bombardmançıları və Su-30 qırıcıları ilə silahlanmış Novofedorovkadakı Saki aerodromunda yerləşir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ