Zelenski rusiyalıların Qərbə girişinə qadağa qoymağı tələb edib

Qərb ölkələri bütün rusiyalıların öz ərazilərinə daxil olmasını qadağan etməlidir. Bunu “The Washington Post” qəzetinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya vətəndaşları üçün bir il müddətinə sərhədlərin bağlanması və Rusiya neft və qazının alınmasına tam embarqo qoyulması ilə müqayisədə bu gün RF-ə qarşı tətbiq edilən bütün sanksiyalar “zəifdir”.

“Ən mühüm sanksiyalar sərhədləri bağlamaqdır – çünki ruslar digər xalqların torpaqlarını əlindən alırlar”, - deyən Zelenski əlavə edib ki, ruslar “fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”.

Ukrayna lideri hesab edir ki, Rusiyanın bütün əhalisini təcrid etməklə məsuliyyətə cəlb etmək olar.

“Siz bütün dünyaya deyirsiniz ki, sizin qaydalarınızla yaşamalıdır. Gedin yaşayın. Bu, Putinə təsir etməyin yeganə yoludur”, - deyə o, yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ