Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbut xidməti məlumat yayıb. Bildirilir ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Ölkə liderləri Qarabağ ətrafında vəziyyəti, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

“Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, - məlumatda qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ