“Cənubi Qafqazda əldə olunan razılaşmalarla yeni dövr başlayıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə səfirlərinin 13-cü konfransında deyib.
“Biz bu tarixi fürsətdən istifadə etməyə çalışırıq. Bu günə qədər Azərbaycanla bir çox birgə addımlar atmışıq. Radikal erməni dairələrinin təxribatına baxmayaraq, Qafqazda daimi sülhün bərqərar olması yolunda xeyli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlayan görüşlər davam edir. Baş nazir Nikol Paşinyan Qurban bayramı münasibətilə zəng edəndə çox konstruktiv söhbətimiz oldu.
İnanıram ki, Ermənistan prosesləri düzgün dərk edəcək, Azərbaycan və Türkiyənin səmimi çağırışlarına cavab verəcək və bundan sonra regionumuz tezliklə sabitliyə qovuşacaq”, - deyə dövlət başçısı vurğulayıb.