Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı üçün zavod tikilir.
Bunu “RBK Ukrayna”ya müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
Onun sözlərinə görə, türk istehsalçısı “Baykar” artıq Ukraynada torpaq sahəsi alıb və zavod üçün layihə hazırlayıb.
“Zavod tikiləcək. Bir həftə əvvəl ikitərəfli qərar qəbul edildi və onun sazişi ratifikasiya olunmaq üçün parlamentə verildi”, - ukraynalı diplomat izah edib.
Bodnar əlavə edib ki, Ukraynada “Bayraktar” istehsalına mühərrik, təkər və ehtiyat hissələri kimi komponentlər istehsal edən yerli müəssisələr cəlb olunacaq.