Gürcüstan birləşəcək! - Baş nazir Rusiya işğalından danışdı

Gürcüstanın baş naziri İrakli Qaribaşvili respublikanın ərazilərini sülh yolu ilə qaytarmaq niyyətindədir.

O, bu barədə öz Facebook səhifəsində Rusiya-Gürcüstan müharibəsinin başlanmasının 14-cü ildönümü münasibətilə yazıb.

“Bir çox soydaşımızın həyatına son qoyan 2008-ci ilin avqust müharibəsinin başlamasından 14 il keçir. 14 ildir ki, ölkəmizin ürəyi - Samaçablo, Sxinvali bölgəsi və Abxaziya Rusiya tərəfindən işğal olunub.

Avqust müharibəsinin qurbanı olmuş qəhrəman hərbçilərimizin və mülki vətəndaşlarımızın xatirəsini yad edirik.

Biz ərazi bütövlüyümüzün bərpası və ölkənin yenidən birləşdirilməsi üçün sülhsevər siyasət seçmişik və inanırıq ki, məqsədə mütləq nail olacağıq – Gürcüstan birləşəcək!”. – siyasətçi dövlətin planlarından danışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ