Azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma – VİDEO

Rusiyanın Frolovo şəhərində azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında kütləvi dava olub. 

“Bloknot Volqoqrada” portalı yaydığı məlumata görə, dava zamanı bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Məlumata əsasən, silahlı insidentə dağıstanlılar səbəb olublar.

Onlar Frolovo şəhərində azərbaycanlı və ermənilərdən ibarət ailəyə məxsus mağazaya giriblər.

Münaqişə öncə iqtisadi xarakter daşıyıb. İlk atəşi dağıstanlılar açıb. Atəş nəticəsində mağaza sahiblərindən biri, milliyyətcə erməni olan E. ölüb. 3 nəfərin yaralandığı bildirilir. Onlardan ikisi dağıstanlı, biri isə zərərçəkən ailənin nümayəndəsidir.

Polis atışmada iştirak etmiş 4 Dağıstan vətəndaşını saxlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ