ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada müharibə və Tayvan ətrafında eskalasiyadan sonra Üçüncü Dünya Müharibəsini mümkündür.
“Üçüncü Dünya Müharibəsi baş verə bilər, çünki bizə səriştəsiz insanlar rəhbərlik edir. Bu müharibə tarixdəki hər hansı digər müharibədən daha pis olacaq, çünki bizim heç kimin görmədiyi silahlarımız var”, - deyə siyasətçi Texasda mühafizəkarlar qarşısında çıxışı zamanı xəbərdarlıq edib.
Sabiq ABŞ lideri diqqətə çatdırıb ki, onun prezidentliyi dövründə Ukraynada münaqişə, eləcə də Tayvan ətrafında gərginlik olmayıb.
Xatırladaq ki, daha əvvəl BMT-nin baş katibi Antonio Quterreş deyib ki, dünya Soyuq Müharibədən bəri görünməmiş nüvə təhlükəsi ilə üz-üzədir.