Soçidə Putin və Ərdoğan arasında danışıqlar baş tutub - video

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan hesab edirlər ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.

Buta.media xəbər verir ki, bu barədə liderlərin cümə günü Soçi görüşündən sonra qəbul olunmuş birgə bəyanatında deyilir.

“Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib” , - sənəddə deyilir.

Bundan əlavə prezidentlər Türkiyəyə qaz tədarükünü müzakirə ediblər və qismən rublla ödəniş barədə razılığa gəliblər.

“Mühüm komponent, Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr həcmində qazın tədarükü oldu. Danışıqlar zamanı prezidentlər razılaşdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, -  bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına əsasən bildirib.

16:42

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Soçidə danışıqlara başlayıb.

Buta.media-nın xəbərinə görə, görüş “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında keçirilir.

Gözlənilir ki, dövlət başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək, Ukrayna limanlarından taxıl ixracı mexanizminin effektivliyinə dair fikir mübadiləsi aparadcaq, həmçinin Suriya və Ukraynadakı vəziyyətə toxunacaqlar. 

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl etiraf etmişdi ki, Rusiya və Türkiyə prezidentləri Qarabağdakı vəziyyəti də müzakirə edəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ