Azərbaycanlı biznesmen Fərhad Əhmədov boşanma prosesi çərçivəsində məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşına verilən 436 milyonluq “Luna” adlı yaxtasını ondan geri alıb.
Buta.media-nın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Dubayın Apelyasiya məhkəməsi yaxtanın iş adamının əlindən alınmasını qeyri-real hal kimi dəyərləndirərək İngiltərə məhkəməsinin verdiktini ləğv edib.
Qeyd edək ki, “Bloomberq” nəşrinə görə, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. Belə ki, məhkəmə biznesmenin həyat yoldaşına 600 milyon dollar təzminat ödəməyi haqqında qərar vermişdi.