Zelenski: Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq

Əgər Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, o zaman enerji və ərzaq böhranları “çiçək kimi görünəcək”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Afrika mediasının nümayəndələri ilə onlayn görüşü zamanı deyib.

“Rusiya Federasiyası müharibədə qalib gəlsə, bu, üçüncü dünya müharibəsinin başlanğıcı olacaq. Mən buna əminəm. Dünyanın böyük gücləri da eyni şeyi etməyə başlayacaq. Dünya xaos içində olacaq”, - o deyib.

Ukrayna prezidentinin sözlərinə görə, ərzaq təhlükəsi, enerji böhranı, Rusiyanın başladığı müharibə gələcəkdə baş verəcəklərlə müqayisədə sadəcə “çiçəklərdir”.

“Allah eləməsin ki, Rusiya bu müharibədə qalib gəlsin”, - deyə o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ