Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağ ətrafında vəziyyəti son dərəcə çətin adlandırıb.
“Hazırda Qarabağda aktiv hərbi əməliyyatlar yoxdur. Lakin vəziyyət son dərəcə gərgindir və biz bu gərginliyi azaltmağa çalışmalıyıq”, - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, son hadisələr Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur.
Paşinyan onu da əlavə edib ki, Ermənistandan olan hərbçilər Qarabağda xidmət etmir.