Çin Tayvan ətrafında səmanı bağladı

Çin hakimiyyəti avqustun 4-dən 7-dək Çin Xalq Azadlıq Ordusunun təlimləri zamanı Tayvan adası ətrafındakı altı ərazidə səmanın bağlanacağı ilə bağlı aviadaşıyıcılara rəsmi xəbərdarlıq edib. Bu barədə Axios portalı məlumat yayıb.

Hava hərəkətinin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq adanın ətrafında “təhlükəli zona” elan edilən altı dəniz ərazisinə aiddir.

Avqustun 2-də Çinin Vaşinqtondakı səfiri Tsin Qan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq Amerika tərəfinə sanksiyalar vəd edib. Həmin gün Çin adanın ətrafında genişmiqyaslı təlimlərə başlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ