Qalib olmayacaq - Putin nüvə müharibəsindən danışdı

Nüvə müharibəsində qaliblər ola bilməz və bu müharibə heç vaxt başlamamalıdır. 

Bunu Rusiya prezidenti Vladimir Putin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) konfransının iştirakçıları və qonaqlarına müraciətində deyib.

O qeyd edib ki, Rusiya Federasiyası Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin hərf və ruhuna ardıcıl şəkildə əməl edir.

“Bu Müqavilənin iştirakçısı olan dövlət və onun depozitarilərindən biri kimi Rusiya ardıcıl olaraq NPT-nin müddəalarına əməl edir. Müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli sazişlər üzrə öhdəliklərimiz də tam yerinə yetirilib. Nüvə müharibəsində qaliblərin ola bilməz və bu müharibənin heç vaxt baş verməməlidir. Dünya birliyinin bütün üzvləri üçün bərabər və bölünməz təhlükəsizliyin tərəfdarıyıq”, - deyə Putin vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ