158-ci gün. Baxmut və Nikolayevdə yanğınlar. Donetskin minalardan təmizlənməsi - foto

İyulun 31-də RF Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya tərəfi Yelenovkada hərbi əsirlərin ölümü ilə bağlı araşdırmada iştirak etmək üçün BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ekspertlərini dəvət edib. BQXK Rusiya tərəfdən araşdırmaya dəvət barədə bildiriş almadıqlarını və təşkilatın əməkdaşlarının bir gün əvvəl Yelenovkaya buraxılmadığını bildirib.

Sevastopolda Qara Dəniz Donanmasının qərargahında partlayış nəticəsində altı nəfər xəsarət alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu pilotsuz uçuş aparatı ilə gətirilib. Şəhərdə “sarı” səviyyəli terror təhlükəsi elan edilib, Hərbi Dəniz Qüvvələri Günü ilə bağlı keçirilən bayram tədbirləri ləğv olunub.

Nikolaevdə atəş nəticəsində Ukraynanın ən varlı adamlarından biri “Nibulon” kənd təsərrüfatı müəssisəsinin rəhbəri Aleksey Vadaturski həlak olub.

Donetskdə küçələrdə piyada əleyhinə minalar - “ləçəklər” tapılıb: yerli hakimiyyət orqanları bəyan edib ki, minalar Ukrayna Silahlı Qüvvələri tərəfindən atılıb. Ukrayna tərəfi hələ ki, bu barədə rəsmi şərh verməyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ