Azərbaycan vətəndaşı terrorçuların əlinə keçdi

Türkiyədə fevralın 12-dən itkin düşən Azərbaycan vətəndaşı, lisey tələbəsi Abduləvvəl Orucovdan xəbər var. Ötən gün o, anasına "Vatsap" üzərindən zəng edib. 

Buta.media-nın məlumatına görə, anası Afət Bəşirova modern.az-a bildirib ki, oğlu Qırğızıstan nömrəsindən arasa da, yenə də danışmaq mümkün olmayıb. 

"Oğlum "ana, ana!" dedi. Səsi çox uzaqdan gəlirdi. "Oğlum, hardasan" soruşdum, "yerini de" söylədim. O da tələsik "ana, məni dinlə" dedi, amma səs kəsildi və sonra həmin nömrə bağalandı. Mən tez polisə getdim. Olanlar barədə ifadə verdim. Nömrəni araşdırdıq və onun Qırğızıstan vətəndaşı Akilhdin Kamrambuayev adlı vətəndaşa məxsus olduğu üzə çıxdı. Biz də bunu polisə təqdim etdik". 

Polis anaya axtarışı İnterpol-un həyata keçirəcəyini desə də, bir gün sonra yenidən mərkəzlə əlaqə saxlayan valdeynə agır bir xəbər verilib. 

"Oğlunuz terror örgütlərinin birindədir". 

Bu xəbərdən sonra Azərbaycanın İstanbuldakı Konsulluğu ilə əlaqə saxlayan Afət Bəşirova bu gün diplomatik korpusa gedib rəsmi ərizə təqdim edəcək. Daha sonra Azərbaycanı bu ölkədə təmsil edən diplomatik missiya məsələ ilə bağlı araşdırmaya başlayacaq. 

Biz də Konsulluqla əlaqə saxladıq, yalnız araşdırmalardan sonra məlumat verilə biləcəyi söylənildi. 

Qeyd edək ki, dünən gecə Abduləvvəl Orucovun atası oğlunun zəng etdiyi nömrəyə mesaj göndərib. Nömrədən cavab gəlib ki, "oğlunuzu Trabzonda görmüşdüm və telefonumu danışmaq üçün ona vemişəm. Məni rahatsız etməyin". 

Amma məsələ burasındadır ki, Abduləvvəl Orucov mesaj sahibinin dediyi gündən 1 ay yarım sonra anasına eyni nömrədən zəng edib. 

"Bu adam yalan danışır, yoxsa belə ciddi yanlışa yol verməz. Biz bütün yazışmaları da polisə təqdim etdik. Amma polisin nədənsə bu işə soyuq yanaşdığını düşünürük. O üzdən ümidimiz öz ölkəmizədir. Dövlətimiz bizə yardım etsin, bir yol göstərsin".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ