Koronavirusa yoluxan ABŞ Prezidenti Co Bayden ikinci dəfə test verib.
Ağ Evin saytının yaydığı xəbərə görə, Baydenin verdiyi test ikinci dəfə müsbət çıxıb.
Baydenin həm antigen həm də PCR testi müsbət nəticə göstərib və o yenidən karantinə alınıb.
İyunun 24-də Ağ Ev bəyan etmişdi ki, koronavirusa yoluxan ABŞ Prezidenti Cozef Baydenin vəziyyəti yaxşıdır.
Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca “ABC” televiziyasına müsahibəsində “Dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Özünü yaxşı hiss etdi. Bu gün onlarla əlaqə saxlayacağam” - deyib.
ABŞ dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxdıqdan sonra o, təcrid olunub və öz səlahiyyətlərini həyata keçirməkdə davam edir.