Çin Xalq Azadlıq Ordusu Tayvan adasının yaxınlığında yerləşən Futszyan əyalətinin sahillərində döyüş təlimlərinə başlayıb. Bu barədə Pintan şəhərinin Dəniz Təhlükəsizliyi Administrasiyasının saytında dərc edilmiş məlumatda deyilir.
İdarənin xəbərdarlığına əsasən, yerli vaxtla saat 8:00-dan 21:00-dək ərazidə hərbi gəmilərin döyüş atəşli təlimləri keçiriləcək. Bununla əlaqədar olaraq, bütün digər gəmilərin akvatoriyaya girişi qadağan edilib.
Bundan əlavə, iyulun 29-dan Çin ordusu cənubdakı Quanqdonq əyalətini Haynan adasından ayıran Çyunçjou boğazının qərb hissəsində təlimlər keçirir.