Rusiya Latviyaya qaz nəqlini dayandırıb

İyulun 30-da Rusiyanın “Qazprom” şirkəti Latviyaya qaz nəqlini dayandırıb.

Bu barədə şirkət öz Telegram kanalında məlumat yayıb.

Bildirilir ki, tədarükün dayandırılması qaz seçimi ilə bağlı şərtləri pozulması ilə bağlıdır.

İyulun 27-dən “Qazprom” “Şimal axını” boru kəməri ilə qaz nəqlini azaldıb. Plana əsasən, tədarük layihə gücünün 20 faizini təşkil edəcək və sutkada 33 milyon kubmetrdən çox olmayacaq. Kəmərin nəzərdə tutulan həcmi isə sutkada 167 milyon kubmetrdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ