Gürcüstanda helikopter qəzaya düşdü - Anbaan görüntülər

Gürcüstanın Qudauri bölgəsində xilasedici helikopter qəzaya uğrayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qəza Qudauridə qəzaya uğramış paraplançıların xilasetmə əməliyyatı zamanı baş verib.

DİN-in sərhəd polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.

Qeyd olunub ki, helikopterdə ekipaj üzvləri ilə yanaşı Fövqəladə Hallar Xidmətinin xilasediciləri və həkimləri də olub.

Qudauridə helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.

“Təəssüf ki, helikopterdə olan hər kəs, həmçinin paraplanda uçan xarici turist həlak olub” - Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

Yalnız ikinci paraplançı xilas edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ