Moskvada hosteldə səkkiz nəfər diri-diri yandı

İyulun 29-da Moskvanın cənubunda yerləşən hosteldə baş vermiş yanğın nəticəsində səkkiz nəfər ölüb, daha dörd nəfər isə xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatında deyilir.

“İstintaqın məlumatına görə, 2022-ci il iyulun 29-na keçən gecə Moskvanın Alma-Atinskaya küçəsində yerləşən hosteldə yanğın baş verib və ilkin məlumata görə, səkkiz nəfər həlak olub”, - məlumatda deyilir.

Faktla bağlı cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyir. Yanğının dəqiq səbəbini müəyyən etmək üçün texniki ekspertiza təyin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ