Gürcüstan polisi Marneuli bələdiyyə məclisinin (sakrebulo) və “Vahid Milli Hərəkat” partiyasının üzvü Rəhim Əsgərovu rüşvətə görə tutub.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytında məlumat yerləşdirilib. İstintaq müəyyən edib ki, Əsgərov vətəndaşdan onu dövlət orqanında işə düzəltmək adı ilə 3 min lari (1,1 min dollar) rüşvət alıb.
Vətəndaş həmin məbləğin bir qismini qabaqcadan, yarısını isə daha sonra ödəməli imiş.
Rəhim Əsgərova qarşı rüşvətalma maddəsi üzrə cinayət işi açılıb. Onu 6-9 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.