Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, KXDR silahlı qüvvələri istənilən böhrana, o cümlədən ABŞ-la toqquşmaya.
O bu barədə Koreya müharibəsində atəşkəsin elan olunmasının ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
Şimali Koreya lideri Cənubi Koreya hökumətinə və onun prezidenti Yun Seok-Yeola xəbərdarlıq edib ki, KXDR ilə hərbi qarşıdurmaya cəhd edilərsə, Seul və ordusu məhv ediləcək. Digər məsələlərlə yanaşı, o, Seulda “Kill Chain” adlı qabaqlayıcı raket zərbəsi üçün platformanın yaradılması ilə bağlı da xəbərdarlıq edib.
“Belə təhlükəli cəhdin qarşısı dərhal alınacaq və Yun Seok-Yeol rejimi və ordusu məhv ediləcək”, - Kim Çen In hədələyib.
Qeyd olunur ki, Şimali Koreya lideri Cənubi Koreyanın bu ilin mayında hakimiyyətə gəlişindən sonra ilk dəfə onun prezidentinin adını çəkib. Hələ bu ilin martında prezident seçilməzdən əvvəl Yun Seok-Yeol milli təhlükəsizliklə bağlı sərt mövqe tutub və KXDR-dən gələn təhdidlərə cavab vermək üçün qabaqlayıcı zərbəyə icazə verib.