Medvedev Ukraynanın ərazisinin necə olacağını göstərdi - foto

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ölkəsinin “parlaq gələcəyi” onun 2013-cü il sərhədləri daxilində bərpası deməkdir, lakin Qərb dövlətləri Ukrayna ərazisini öz aralarında bölmək istəyirlər. 

Bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.

Medvedev əmindir ki, Qərb analitiklərinin fikrincə, Ukrayna yalnız bir Kiyev vilayətindən ibarət olacaq. Qalan bölgələr isə Rusiya, Polşa, Rumıniya və Macarıstanın tərkibinə daxil ediləcək.

“Psixotrop maddələrin təsirinə məruz qalan Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı kimidir (şəkil 1). Qərb analitikləri isə hesab edirlər ki, əslində belə olacaq (şəkil 2)”, - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini yazıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ