Putin Ərdoğanı Rusiyada “Baykartar” istehsal etməyə dəvət edib

RF prezidenti Vladimir Putin Tehranda keçirdiyi görüş zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana Rusiyada “Baykartar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalına dəvət edib. Bu barədə CNN Türk məlumat yayıb.

“Putin mənə “Baykar” şirkəti ilə birgə işləmək istədiyini söylədi. O, bu yaxınlarda BƏƏ-də olduğu kimi, Rusiyada da zavod qurmağı təklif edib”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, iyulun 19-da Ukrayna hökuməti öz ərazisində Türkiyə “Bayraktar”ının istehsalına icazə verib. Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, respublikanın Nazirlər Kabineti sazişin ratifikasiyası ilə bağlı Ali Radaya layihə göndərəcək.

Eyni zamanda, “Baykar Makina” şirkətinin rəsmiləri bildiriblər ki, heç vaxt Rusiyaya döyüş təyyarələri verməyiblər və bundan sonra da vermək niyyətində deyillər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ