Ukrayna kəşfiyyatı Rusiya hərbi təyyarələrini qaçırmağa cəhd etdi

FTX Rusiya döyüş təyyarəsini qaçırmaq cəhdinin qarşısı alındığını bildirib. 

FTX -nin məlumatına görə, Ukrayna hərbi kəşfiyyatının əməkdaşları,  "ölkələrinin siyasi rəhbərliyi adından hərəkət edərək, pul mükafatı və Aİ ölkələrindən birinin vətəndaşlığını almaq zəmanəti üçün rus hərbi pilotlarını işə cəlb etməyə çalışıblar".

Onlar Rusiyalı pilotları "Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan aerodromlarda təyyarələri uçmağa və endirməyə" inandırmaq planlaşdırılırdı. FTX bununla bağlı video yayımlayıb.

Görüntülərdə, xüsusən də Ukrayna kəşfiyyatçısı olduğu iddia edilən rus pilota təyyarəni qaçırdığına görə iki milyon dollara qədər pul ödəyəcəyini vəd edir. Söhbət Su-24, Su-34 və ya Tu-22M3-dən gedir.

Kadrda görünməyən həmsöhbət təyyarənin özünün qaçırılmasının necə planlaşdırıldığını danışır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ