Rusiya Ukraynaya yeni böyük hücum hazırlayır - Foreign Policy

Rusiya hakimiyyəti 2023-cü ilin əvvəlində Ukraynaya qarşı yeni böyük hərbi əməliyyata başlaya bilər.

Bu barədə ABŞ-ın “Foreign Policy” nəşri yazır.

Nəşr qeyd edir ki, yeni hücumun əsas hədəfi Odessa və Ukraynanın cənub-qərb sahillərini ələ keçirmək, eləcə də Ukraynanı Qara dənizlə əlaqəsini kəsmək olacaq.

“Güman edilir ki, gələn il onlar (ukraynalılar) Rusiyanın daha bir hücumu ilə üzləşə bilərlər. Və biz onlara kömək üçün əlimizdən gələni etməliyik, təkcə avadanlıqla deyil, həm də şəxsi heyət – yaxşı təlim keçmiş hərbçilərlə kömək etməliyi”, - deyə adının açıqlanmasını istəməyən Qərb rəsmisi bildirib.

ABŞ və Aİ rəsmiləri hesab edirlər ki, Kreml Odessanı “müharibənin növbəti mərhələsində böyük strateji mükafat” kimi hədəfə alıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ