Dünyanın ən yaşlı pandası An-An Honq-Konqda ölüb.
Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Ölümündən əvvəl 35 yaşlı An-An bir neçə gün idi ki, xəstə idi. O, çətinliklə hərəkət edirdi, yemək yemirdi və yalnız qida əlavələri ilə su içirdi. Nəticədə baytarlar heyvanın əzabını uzatmamağa qərar verərək onu evtanaziya ediblər.
An-An 1987-ci ildə Çinin Sıçuan əyalətində anadan olub. Çin dilində onun adı “sülh” mənasını verən 安安 heroqlifləri ilə yazılır. 1999-cu ildə heyvan Honq-Konqa bağışlanıb. Onunla birlikdə ölümdən xilas edilən Jia-Jia adlı dişi panda da zooparka təhvil verilib. Jia-Jia 2016-cı ildə 38 yaşında ölüb.