Rusiya Aerokosmik Qüvvələri Suriyanın şimal-qərbində İdlib deeskalasiya zonasındakı Yakubiya və Сudeнda məntəqələrinə aviazərbələr endirib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya təyyarələri cümə günü səhər saatlarında Xmeymim bazasından havaya qalxıb. Aviazərbələr xristian ərəblərin sıx məskunlaşdığı yaşayış məntəqələrinə endirilib.
İdlib Mülki Müdafiə Departamentinin rəsmi məlumatlarına görə, hücum nəticəsində üç mülki şəxs həlak olub, dörd nəfər yaralanıb.