Rusiya daha beş ölkəni dost olmayan dövlətlər siyahısına daxil etdi

Rusiya hökuməti Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiyanı dost olmayan xarici dövlətlər siyahısına daxil edib.

Bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin Telegram-kanalında məlumat verilib.

Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, bu ölkələrin Rusiyada yerləşən səfirlik, konsulluq və dövlət qurumlarının nümayəndələrinə işə götürmək imkanları məhdudlaşdırılacaq.

Bundan əlavə, Sloveniya və Xorvatiya öz diplomatik nümayəndəliklərində və konsulluq idarələrində işçilər işə götürə bilməyəcəklər..

Mart ayında Rusiya Nazirlər Kabineti RF vətəndaşlarına, şirkətlərə və dövlətə qarşı qeyri-dost hərəkətləri nümayiş etdirən ölkələrin siyahısı ilə bağlı sərəncam imzalayıb. Təsdiqlənmiş siyahıya ABŞ, Kanada və Avropa İttifaqı ölkələri və Böyük Britaniya başçılıq edir. Bundan başqa, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San-Marino, Şimali Makedoniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da bu siyahıya daxil edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ