Moldovanın Qaqauziya Muxtar Respublikası hakimiyyət nümayəndələrinin on gün ərzində Moskvaya qaz danışıqlarına getmədiyi təqdirdə, parlamentin, hökumətin və ölkə prezidentinin iqamətgahının işini əngəlləyəcəyini açıqlayıb. Bununla bağlı muxtar vilayətin Komrat, Çadır-Lunqa və Vulkaneştah şəhərlərində ötən bazar günü keçirilən etiraz aksiyaları nəticəsində qətnamə (661 imza) qəbul edilib.
Bundan əvvəl Moldova hakimiyyəti “Qazprom”un tədarük etdiyi Rusiya qazının ödənişində problemlərlə bağlı məlumat verib (qazın min kubmetrinin qiyməti 920 dollardır və qiymətə hər ay yenidən baxılır).
Kişinyov daha sərfəli tədarükçü axtaracağını bildirsə də, iyulun 21-də prezident Maya Sandu belə bir tədarükçü tapa bilmədiklərini etiraf edib.
Sandu “TVR Moldova” telekanalına müsahibəsində deyib ki, Moldova xalqı ölkədəki qeyri-müəyyən enerji vəziyyəti fonunda çətin qışa hazırlaşmalıdır. Onun sözlərinə görə, hakimiyyət qışda əhalini enerji resursları ilə təmin etmək üçün əlindən gələni edəcək.
““Qazprom”un bizə lazım olan həcmdə tədarük edəcəyinə əmin deyilik. Ehtiyatlar yaratmaq və ya sərfəli qiymətlərlə alternativ təchizat tapmaq cəhdləri hələ nəticə verməyib”, - deyə Sandu danışıqların davam etdiyini bildirib. O əlavə edib ki, Azərbaycan və Rumıniya danışıqlar aparılır, lakin “bu qiymətlər Moldova vətəndaşları üçün əlçatmazdır”.