Türkiyə hərbçiləri Ermənistan sərhədini keçiblər?

Ermənistan mətbuatı türkiyəli hərbçilərin Ermənistanın Araqatsavan kəndində dövlət sərhədini keçməsi ilə bağlı məlumat yayıblar.

Məlumatda bildirilir ki, guya türkiyəli əsgərlər sərhədi keçərək  erməni çobanları əsir götürüblər. İddialara görə, çobanlar Rusiya tərəfinin köməkliyi ilə geri qaytarılıb.

Lakin məlumat qısa müddətdə təkzib olunub. Yerli hakimiyyət orqanlarından bildirilib ki, Araqatsavan kənd sakini təsadüfən sərhəddə tikanlı məftilə toxunub və siqnalizasiya işə düşüb. 

Daha sonra Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı Sərhəd İdarəsi və Milli Təhlükəsizlik Xidməti də məsələyə münasibət bildirib.

“Sözügedən məlumat həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik rejimdə həyata keçirilir”, - deyə məlumatda qeyd olunub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ