Berkay Türkmen adlı türkiyəli bloqerin İrəvandan paylaşdığı videolar Ermənistanda səs-küyə səbəb olub.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, sözügedən bloqer İrəvandakı qondarma “erməni soyqırımı” abidəsinin qarşısında “bozqurd” işarəsi göstərib və bunu lentə alıb.
Bununla yanaşı, digər bir videoda Berkay Türkmenin İrəvan küçələrində üzərində Türkiyə bayrağı olan geyimdə gəzdiyini görmək mümkün olub.
Sözügedən bu görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub, bundan narahat olan ermənilər həmin bloqerin tapılması ilə bağlı şərhlər yazıblar.